9 C
Baku
Monday, November 18, 2024

Şahin Bağırov İranla tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını müzakirə edib

Avqustun 22-də  İrana səfəri çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İranın Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında ikitərəfli formatda görüş keçirilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarətini ilkin elektron məlumat mübadiləsi vasitəsilə reallaşdırmaqla sürətli keçidin təmin olunması, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan “e-TIR Pilot” layihəsinin  tətbiq edilməsi, yeni sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər