-1 C
Baku
Saturday, February 22, 2025

Şahin Bağırovdan yeni rəis təyinatı

Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarənin rəisi vəzifəsini icra edirdi.

Qeyd edək ki, DGK-nın Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.

MənbəUnikal
Son xəbərlər
Digər xəbərlər