22 C
Baku
Thursday, April 18, 2024

Şahin Mövsümov Gürcüstanın Baş naziri və Tiflis meri ilə görüşdə iştirak edib

“AS Qrup İnvestment” şirkətinin təsisçisi Şahin Mövsümov Tiflisdə Gürcüstan Biznes Assosiasiyasının təşkil etdiyi ölkənin rəhbər şəxsləri ilə assosiasiya üzvləri arasında keçirilən görüşdə iştirak edib. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili və paytaxt meri Kaxaber Kaladzenin də qatıldığı tədbir 31 yanvar 2018-ci il tarixində keçirilib.

Görüş zamanı Gürcüstanda özəl sektor üçün yaradılmış şərait müzakirə olunub, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlər Gürcüstanın biznes mühitinin müxtəlif komponentlərini – makroiqtisadi mühit, məhkəmə sistemi, hüquqi çərçivə, vergi mühiti və əmək bazarını qiymətləndirib.

Baş nazir Kvirikaşvili assosasiya üzvləri qarşısında çıxış edərək Gürcüstanın 2017-ci ildə ümumi makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsul,  beynəlxalq ticarət, ixrac dəyərləri barədə müsbət nəticələr əldə olunması barədə məlumat verib.

Şahin Mövsumovla Baş nazir Giorgi Kvirikaşvilinin görüşü zamanı Azərbaycan və Gürcüstan arasında son zamanlar biznes münasibətlərindəki inkişaf barədə danışılıb.

Son xəbərlər
Digər xəbərlər