7 C
Baku
Thursday, December 12, 2024

Şahin Mustafayev: “Araz Vadisi İqtisadi Zonası”nda Təbrizin traktor zavodunun filialı yaradıla bilər”

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Təbrizin traktor zavodunun flialının yaradılması nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

“İran avtomobillərinin istehsalı zavodu Neftçala Sənaye Parkında mövcuddur. Artıq onların ehtiyat hissələrin istehsalını da Neftçalada davam etdirmək istəyirik. Eyni zamanda əvvəllər dəyirman istehsalı ilə bağlı layihə mövcud idi. Həmin layihəni reanimasiya edərək irəli aparmaq istəyirik. Bir sıra bu tip layihələr var. Bu istiqmətdə işimizi qururuq ki, ölkələrimiz arasında faydalı əməkdaşlığın səviyyəsini daha da yüksəldək”, – deyə Ş.Mustafayev bildirib.

Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka 200 hektar ərazi ayrılıb.

 

Son xəbərlər
Digər xəbərlər