17 C
Baku
Monday, April 29, 2024

Şahin Mustafayev: “Azərbaycan ərazisi ilə Tranzit yük daşımaları 47% artıb”

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub.

Bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə bildirib.

“Şimal-Cənub və Şərq Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkələrimiz arasında sıx tarixi əlaqələr, ortaq mədəni dəyərlər mövcuddur. Azərbaycan hər iki ölkə ilə strateji münasibətlərin, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında maraqlıdır. O cümlədən, ölkələrimizin iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ən böyük nəqliyyat əməkdaşlığı layihələrindən biridir: Bu dəhliz iqtisadi səmərəliliyinə, böyük həcmdə yük daşınması imkanlarına, vaxt və təhlükəsizlik baxımından çox böyük əhəmiyyət kəsb edir. Onunla daşımaların artırılaması üçün geniş imkanlar mövcuddur”, – deyə hökumət rəsmisi qeyd edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər