13 C
Baku
Friday, November 22, 2024

Şahin Mustafayev iranlı nazirlə telefon danışığı aparıb

Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.

Bəzrpaş Tehranda keçirilən anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər