13 C
Baku
Friday, November 22, 2024

Şahin Mustafayev Overçukla görüşüb

Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlar zamanı əldə olunmuş razılaşmaların inkişafında həmsədrlər ikitərəfli ticarət-iqtisadi və elmi və texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Rusiya Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər məsələlərə də baxılıb.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələrdə möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər