21 C
Baku
Saturday, May 4, 2024

Şahin Mustafayev: “Rusiya tərəfinə Qarabağda elektrik stansiyaların tikintisi üçün 2 layihə təqdim olunub”

Rusiya tərəfinə Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün iki layihə üzrə ilkin məlumatlar təqdim edilib.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.

“Bu layihələr çərçivəsində Laçın və Kəlbəcər rayonları ərazilərində 100 meqavatt gücündə külək enerjsi stansiyasının, həmçinin Tətrtər çayı üzərində ümumi gücü 20 meqavatt olan kiçik su elektrik stansiyalarının tikintisi nəzərdeə tutulur”, – Ş. Mustafayev qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı elektrik enerjisinin tədarükü stabil olaraq həyata keçirilir: “Bərpa olunan enerji mənbələri sahələrində perspektiv əməkdaşlıq davam etdirilir. Azərbaycanda bu sahədə aktiv iş aparılır. Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan-Rusiya-İran arasında “Şimal-Cənub” beynəlxalq enerji dəhlizin yaradılması ilə bağlı əsasnamənin hazırlanması davam edir.

O, vurğulayıb ki, Azərbaycanda “Qazprom”, “Transneft”, “Lukoil” kimi bir çox energetika şirkətləri uğurla işləyirlər: ““Lukoil” şirkəti Azərbaycanın “Şahdəniz” layihəsində iştirakını genişləndirib, həmçinin Xəzər dənizindəki “Dostluq” yatağı ilə bağlı danışıqlarda iştirakı razılaşdırılıb”.

Onun sözlərinə görə, həmçinin, Azərbaycanla Rusiya arasında SVOP müqavilələri üzrə qarşlıqlı təbii qaz tədarükü də davam etdirilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər