“Belə davam etsə, yumşalmalara gedəcəyik”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsimov bildirib.
“Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz ”. Ş. Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq.
O əlavə edib ki, “İnsanlar xəstələnəndə evdən çıxmamalı, işə getməməlidirlər. Belə məlumatlar daxil olur ki, kiminsə temperaturu qalxır, parasetamol içir və işə gedir”.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, belə hallar yoluxmalara artırır: “Belə hallara yol verilməməlidir”.