16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Şahmar Mövsümov: “Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur”

MALİYYƏ

0
3 İyul , 2020 19:00

Şahmar Mövsümov: “Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur”

Şahmar Mövsümov: “Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur”

“Ola bilsin gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”.

Bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

Bank öhdəliklərini yerinə yetirə bilməyənlər üçün hər hansı güzəştin nəzərdə tutulub-tutulmaması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, ilkin tədbirlər paketi zamanı Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın iştirakı ilə  güzəştlərin veriməsinə dair müzakirələr keçirilmişdi. “Bu güzəştlərin biznes və banklar arası razılaşmalar əsasında həyata keçirilməsi daha məqsədəuyğun hesab olunub. Gələcəkdə dövlətin bu paketlərə baxmasına ola bilsin ehtiyac yaransın. Amma hazırda belə məsələ müzakirə olunmur”,- o əlavə edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər