2 C
Baku
Saturday, December 14, 2024

Şahmar Mövsümovun maaşının məbləği müəyyən ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılır.

Dəyişiklik nəticəsində bundan sonra Müşahidə Şurası (MŞ) Fondun icraçı direktorunun vəzifə təsnifatı və dərəcələri üzrə vəzifə maaşının məbləğlərini təsdiq edəcək.

Qeyd edək ki, bu vaxta qədər MŞ icraçı direktor istisna olmaqla yalnız Fondun idarə edilməsi ilə bağlı xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun Aparatının işçilərinin vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq edirdi.

Qeyd edək ki, Fondun Müşahidə Şurası 6 nəfərdən ibarətdir və ona Baş nazir rəhbərlik edir. ARDNF-nin icraçı direktoru isə Şahmar Mövsümovdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər