26 C
Baku
Saturday, July 27, 2024

Şahzadə Harri Silikon Vadisindəki startaplardan birinə işə düzəldi

Böyük Britaniya şahzadəsi Harri Silikon Vadisindəki startaplardan biri olan “BetterUp”a işə düzəlib.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Şirkət kouçinq və psixoloji yardımla məşğuldur.

Şahzadənin tutduğu vəzifə onun məhsul strategiyası, o cümlədən şirkətin xeyriyyə fəaliyyəti ilə bağlı qərarlar qəbul etməsini, psixoloji sağlamlıqla əlaqəli mövzularda çıxış etməsini nəzərdə tutulur.

“İnsanların həyatına təsir etməyə kömək etmək niyyətindəyəm”, – deyə Harri niyə bu işə razı olduğu barədə suala cavab verib. O, kouçinqin “fərdi inkişaf, məlumatlılığı artırmaq və həyatı hər cəhətdən yaxşılaşdırmaq üçün sonsuz imkanlar” təmin etdiyini vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl İngiltərənin kral ailəsinin yüksək səviyyəli səlahiyyətlərindən imtina edəcəklərini, əvvəlcə Kanadaya, sonra isə ABŞ-a köçəcəklərini açıqlamışdılar.

Son xəbərlər
Digər xəbərlər