21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Şahzadə Harry və həyat yoldaşı Megan “Netflix” ilə çoxillik müqavilə imzaladılar

Screen Shot 2021 09 02 at 14.34.20

İngiltərənin şahzadəsi Harry və həyat yoldaşı Megan, film və serialların istehsalçısı “Netflix” ilə çox illik müqavilə imzalayıblar.

Banker.az xəbər verir ki, bu barədə “New York Times” məlumat verib.

Bildirilir ki, “Netflix”in sənədi və bədii filmlər, televiziya proqramları və uşaq şoularının buraxdığına görə Harry və Megan-nın prodüser şirkətinə pul ödəyəcək.

“Biz onların (Harry və Megan) “Netflix”i yaradıcılıq evi olaraq seçmələrindən inanılmaz dərəcədə qürur duyuruq. Dünyanın müxtəlif auditoriyaları arasında anlaşmanı artıracaq hekayələri onlarla bölüşməyi səbirsizliklə gözləyirik”, – şirkətin rəhbəri Ted Sarandos söyləyib.

“Netflix”in sözçüsü bu müqavilənin maliyyə şərtləri ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, “Netflix” 1997-ci ildə ABŞ-da təsis edilib. Ödənişli video xidmətinin auditoriyası 190-dan çox ölkədə təxminən 130 milyon nəfər təşkil edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər