Şahzadə Harri vergi qismində 4 milyon funt sterlinq ödəməli olsa da, daha çox sərvətə sahibdir və bunun sayəsində dünyanın ən varlı “bəyi” statusunu ala bilər. Və əlavə olaraq onun doğum günündən sonra sahib olduğu sərvətin siyahısı da artacaq.
Anası şahzadə Diana-nın mirası olaraq şahzadə Harri 15 sentyabrda öz 30-cu doğum günündə 10 milyon funt sterlinq (17 milyon dollar) əldə edəcək. Vergiyə ödəməli olduğu yüksək məbləğə baxmayaraq, şahzadənin özünü xoşbəxt hesab etməsi üçün hələ çox vəsaiti var.
Hazırda şahzadə Harri İngiltərə yığma komandasını dəstəkləmək üçün getdiyi Braziliyadan Çiliyə üz tutub. Harri ordu kapitanı olaraq ildə 38,847 funt əldə edir. Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olduqda onun cəmi 12 yaşı var idi.
Şahzadə Diana özündən sonra 12, 966 milyon funt sterlinq qoysa da, vergi tutulmasından sonra bu məbləğ 8,502 milyon funta enmişdi.