26 C
Baku
Tuesday, April 30, 2024

Şahzadə Məhəmməd bin Salman hökumət başçısı təyin edildi 

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Nazirlər Kabinetinin rəhbəri təyin edib.

Bu barədə kral qərar imzalayıb.

Bundan əvvəl Məhəmməd bin Salman baş nazirin müavini və müdafiə naziri vəzifələrində çalışıb.

Kralın digər oğlu Xalid bin Salman yeni müdafiə naziri olub. Energetika və xarici işlər nazirləri isə öz vəzifələrində qalıblar.

Salman bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının yeddinci kralıdır. O, krallığa 2015-ci ildən rəhbərlik edir. 2022-ci ilin əvvəlindən iki dəfə xəstəxanaya yerləşdirilib. Monarxın 86 yaşı var.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər