6 C
Baku
Thursday, December 5, 2024

Şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

Neft hasil edən ölkələrin OPEC+ formatında aprelin 6-na nəzərdə tutulan və videokonfrans yolu ilə keçirilməsi nəzərdə tutulan danışıqlarının təxirə salınmasınıb səbəbi məlum olub.

Buna səbəb Ər-Riyadla Moskva arasında neft hasilatına dair ziddiyətlərin hələ də dərin olması və nəhayət Rusiya prezidenti Vladimir Putinin bəyanatıdır.

Xatırladaq ki, bu danışıqlar haqda ilk dəfə ABŞ prezidenti Donald Tramp Tvitter-də anons edib, nəticədə ümidsiz şəkildə dibə yuvarlanan neft qiymətləri bir anda sıçrayıb. 23 dollara qədər ucuzlaşan “Brent” nefti həftənin son hərraclarında 35 dollara qədər bahalaşıb. Tramp bildirmişdi ki, Səudiyyə Ərəbistanı ilə Rusiya hasilatın sutkada 10 milyon barrel və hətta daha çox azaldılması üçün danışıqlara başlamağa hazırdır. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki OPEC+ razılaşması hasilatın cəmi 1.5 barrel azaldılmasını nəzərdə tuturdu və həmin razılaşma Rusiya ilə Səudiyyənin fikir ayrılıqları üzündən pozuldu.

Nəhayət dünən elan edilmişdi ki, Azərbaycan, Rusiya və Qazaxıstanın da iştirakı ilə OPEC ölkələri hasilatın sutkada 10 milyon barrel azaldılmasını videokonfrans yolu ilə müzakirə edəcəklər. Bu danışıqlar aprelin 6-na təyin edilmişdi, amma daha sonra danışıqların təxirə salındığı açıqlandı. “RİA Novosti” bildirir ki, bunun səbəbi iştirakçıların öz mövqelərini formalaşdırmaq üçün daha çox vaxta ehtiyacının olmasıdır. Habelə Səudiyyə Ərəbistanı Rusiya prezidentinin son bəyanatından bərk qəzəblənib. Putin bildirmişdi ki, OPEC+ razılaşmasının pozulmasının səbəbi əslində Səudiyyə Ərəbistanının ABŞ-dan olan şist neft hasilatçılarını sıradan çıxarmaq istəyi idi.

Dərhal bu bəyanata Ər-Riyaddan sərt reaksiya verilib, Səudiyyə Ərəbistanı XİN bildirib ki, bu deyilənlər tamamilə həqiqətdən uzaqdır və əslində razılaşmanı pozan tərəf Rusiyadır. Bəzi mənbələr səudiyyəlilərin bərk hiddətlənməsi səbəbindən OPEC+ danışıqlarının aprelin 9-da da baş tutmasının sual altında olduğunu deyirlər.

Son xəbərlər
Digər xəbərlər