Omanın “SalamAir” şirkəti yay mövsümü üçün Bakıya və Qazaxıstanın Almatı şəhərinə reysləri bərpa edir.
Bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilib ki, ötən il Bakı və Almatıya aviareyslər müvafiq olaraq 85% və 87% doluluqla həyata keçirilib. Bunu nəzərə alaraq “SalamAir” iyunun 16-da Bakıya, iyunun 18-də isə Almatıya həftədə iki dəfə olmaqla uçuşlara başlayacaq.
Ötən ay Bakıya 13-ü aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3 853 reys həyata keçirib.