Saldo termininin mühasibatlıqda işlənməsi

Beləliklə saldo –debet və kredit hesablarındakı mədaxil və məxariclərin nəticəsidir. Başqa sözlərlə desək bu fərqdir. Fərq isə ya debet, ya da kredit fərqi olur.

Debet saldosu – müəyyən iqtisadi vasitələrinin konkret tarixdə qeydə alınan vəziyyətidir. Bu informasiya balansın “Aktiv” adlanan hissəsində qeyd olunur. Kredit saldosu isə bizə iqtisadi vəsaitlərin mənbəyini göstərir, yəni bu vəsaitlər bizə haradan daxil olmuşdur. Öz növbəsində bu informasiyalar balansın “Passiv” adlanan hissəsində qeyd olunur.

Saldo olmadıqda, yəni debet və kredit arasındakı fərq sıfıra bərabər olanda həmin iqtisadi əməliyyat üzrə hesab bağlanır. Qeyd etmək lazımdır ki, saldonun işlənmə əhatəsi təkcə mühasibat uçotu ilə yekunlaşmır. Bundan əlavə o həm birjalarda, həm də ticarət balanslarında istifadə olunur.

Təzəbaşlayanlar üçün mühasibat uçotu

Xarici ticarət əməliyyatlarının həyata keçirilməsi zamanı saldo özündə idxal və ixrac (import və eksport) məbləğləri arasındakı fərqi əks etdirir.

Əgər saldo müsbətdirsə onda ixracın idxalı üstələdiyi söylənilir. Əgər saldo mənfidirsə onda əksinə, onda idxal məbləği ixrac məbləğindən daha çoxdur.

Əgər ödənişlər balansı müsbət saldoya malikdirsə, bu o deməkdir ki, həmin ölkəyə edilən pul köçürülmələri, onun digər ölkələrə etdiyi ödənişlərdən daha çoxdur.

Mənfi saldo oldu zaman isə məsələlər bunun əksini göstərir – ödənişlərin məbləği daxil olmaları üstələyir.

Hesablama metodunun daha aydın olması üçün sadə bir nümunənni nəzərdən keçirək.

Təsəvvür edin ki, noyabr ayının 30-da siz dükana getmiş və 200 manatlıq alış-veriş etmisiniz. Elə həmin gün sizin hesabınıza əməkhaqqınız otuzdurulub, əməkhaqqının məbləği 1000 manat təşkil edir.

Növbəti gün sizin yenə dükana getmək ehtiyacınız yaranır və bunun nəticəsində siz dükanda daha 100 manat xərcləyirsiniz.

İndi gəlin ilkin (başlanğıc) saldonu müəyyən edək. Bu rəqəm bundan öncəki dövrün son qalıq məbləğinə müvafiq gələcək.

Beləliklə, noyabrın 30-da sizin hesaba daxil olan vəsaitlərin miqdarı 1000 manat, xərclənən vəsaitlərin miqdarı isə 200 manat olmuşdur.

Dekabrın əvvəlinə olan pul vəsaitlərinin qalğını hesablayaq. 1000 – 200 = 800

Məhz bu rəqəm dekabrın biri üçün ilkin (başlanğıc) saldonu təşkil edir.