Amerikanın “Salesforce” şirkəti rəqib “Informatica”nı 8 milyard dollara almağa razılaşıb. Bildirilir ki, “Salesforce” rəqibinin hər səhminə görə 25 dollar ödəyəcək.
Xatırladaq ki, “Salesforce” 2024-cü ildə də “Informatica”nı almaq istəyib. Həmin vaxt proqram təminatı istehsalçısı 10 milyard dollar dəyərində qiymətləndirilib. Bu ilin əvvəlindən “Informatica”nın səhmləri xeyli aşağı düşüb, şirkətin bazar kapitallaşması isə 8 milyard dollardan 6 milyard dollara edib.
“Salesforce” üçün bu, şirkətin tarixindəki ən böyük sövdələşmələrdən biri olacaq. Şirkətin əvvəlki rekordu 2020-ci ildə, “Slack” xidmətini 27,7 milyard dollara alan zaman qeydə alınıb. “Informatica” səhmləri bazar ertəsi ticarətin sonunda 17,5% bahalaşıb, bu gün isə premarket ticarətində daha 5,5% böyüyüb.