26 C
Baku
Tuesday, May 28, 2024

“Salesforce” və “Slack” arasında müqavilə bağlanıb – “Teams” xidmətinin yeni rəqibi

Amerikanın proqram tərtibatçısı “Salesforce” 2020-ci il 1 dekabrda “Slack” korporativ messencerini aldığını elan edəcək. Qeyd edək ki, bundan əlavə bu gün “Salesforce” rüblük hesabatını təqdim etməyi planlaşdırır.

Onların sözlərinə görə, müqavilə nağd pul və səhm şəklində ödəniləcək. Bununla da şirkətin bazar kapitallaşması indiki 24 milyard dollar səviyyəsini aşacaq.

Xatırladaq ki, “Salesforce” və “Slack” arasında gedən danışıqlar barəsində “The Wall Street Journal” və “Reuters” məlumat yayıb. Bu xəbər fonunda messencerin səhmləri 25%-dən çox artaraq, xidmətin bazar dəyərini 17 milyard dollardan 20 milyard dollara qədər yüksəlməsinə səbəb olub.

“Slack” xidmətinin populyarlaşmasının səbəblərindən biri də koronavirus pandemiyasıdır: 2020-ci ilin ikinci rübündə şirkət gəlirini 49%, 215,9 milyon dollara qədər artırıb, zərərini isə 359,6 milyon dollardan 73 milyon dollara qədər azaldıb. Ümumilikdə, “Slack”ın 130 min ödənişli istifadəçisi var ki, bu da ötən illə müqayisədə 30% çoxdur.

CNBC bu müqavilənin “Slack” xidmətini “Microsoft”un “Teams” xidməti üçün “ciddi rəqibə” çevirəcəyini hesab edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər