Salvador 420 bitkoin alıb

Salvador prezidenti Nayyib Bukele ölkənin 420 bitkoin aldığını açıqlayıb.

Banker.az xəbər verir ki, “Çox gözlədik, amma buna dəyərdi. Biz qiymətlər aşağı düşdüyü dövrdə 420 bitkoin aldıq”, – deyə lider “Twitter”də yazıb.

Qeyd edək ki, bu günədək Salvador ümumilikdə 1120 bitkoin alıb. O, dünyada bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk ola olub. Kriptovalyuta haqqında yeni qanun sentyabrın 7-si qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər