1 C
Baku
Saturday, December 14, 2024

Salvador bitkoini dollara çevirən 200 bankomat quraşdıracaq

Salvador hökuməti bitkoini ABŞ dollarına çevirən bankomatlar quraşdırmağa başlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nayyib Bukele məlumat verib. Bildirildiyi kimi, kriptovalyutanın konvertasiyası üçün 200 bankomatın quraşdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Salvador ərazisində 50 xüsusi şöbə açılacaq. Bu, bitkoinlə bir çox əməliyyatlar həyata keçirməyə imkan verəcək. Bütün bu əməliyyatlar komissiyası olacaq və yerli sakinlərə ildə 400 milyon dollar qənaət etməyə imkan verəcək.

Dünya Bankının hesablamalarına görə, 2019-cu ildə bu cür transferlər 6 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-sinin təxminən beşdə biri hesab olunur. Bukele daha əvvəl bitkoinin pul köçürmələrini sürətləndirməsinə kömək edəcəyini, həm də bank xidmətlərinin əhali arasında nüfuzunu artıracağını söyləyib.

Hazırda salvadorluların əksəriyyəti kağız pullardan istifadə edir, onların 70%-nin bank hesabı və ya kredit kartı yoxdur. Salvadorun maliyyə naziri Alexandro Zelaya bazar ertəsi günü yerli televiziyada çıxış edərkən bitkoinin dollara konvertasiyasına dəstək olmaq üçün 150 milyon dollar ayrıldığını açıqlayıb.

Qeyd edək ki, Salvador bitkoini rəsmi ödəniş vasitəsi olaraq tanıyan ilk ölkə olub. Daha əvvəl ölkədə tanınan yeganə valyuta ABŞ dolları olub.

Son xəbərlər
Digər xəbərlər