14 C
Baku
Saturday, November 23, 2024

Salvador bitkoini rəsmi valyuta kimi tanıdıqdan sonra il ərzində $60 mln. itirib

Salvador hökuməti bitkoini rəsmi valyuta kimi tanıdıqdan sonra bir ilə 60 milyon dollar itirdiyini açıqlayıb. Qeyd edək ki, ölkə bitkoinlərin alışı da daxil olmaqla ümumilikdə kriptovalyuta təcrübəsinə 375 milyon dollar sərmayə qoyub. İl ərzində məzənnə 70% aşağı düşüb ki, bu da Salvadorun təxminən 60 milyon dollar itirməsinə səbəb olub.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Ölkə lideri Nayib Bukele yanvar ayında Salvadorun rəsmi kripto pul kisəsini 4 milyon insan – əhalinin 60%-i tərəfindən yükləndiyini iddia edib. Bununla belə, ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun aprel hesabatı göstərib ki, pul kisəsini yükləyənlərin yalnız 20%-i 30 dollarlıq qeydiyyat bonusunu xərclədikdən sonra ondan istifadə etməyə davam edib.

Mart ayında Salvador Ticarət və Sənaye Palatasının keçirdiyi sorğu nəticəsində məlum olub ki, müəssisələrin 86%-i heç vaxt bitkoinlə satış etməyib. Şirkətlərin yalnız 20%-i yerli qanunların tələb etdiyi kimi kriptovalyuta ilə ödənişləri qəbul edir.

2021-ci ilin iyununda Salvador bitkoinin qanuni ödəniş vasitəsi kimi yaradılması haqqında qanun qəbul edib.  Ölkə prezidenti Nayib Bukele bitkoinin rəsmi pul vahidi kimi tanınmasının xaricdə işləyən vətəndaşların vətənlərinə pul göndərmələrini asanlaşdıracağını bildirib.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Salvadoru əsassız iqtisadi nəticələrlə bağlı narazılığını bildirsə də, Bukele ölkədə bitkoinin istifadəsində israr etməyə davam edib.

Son xəbərlər
Digər xəbərlər