21 C
Baku
Friday, April 26, 2024

Salvador Dali restoranda hesabı ödəməmək üçün hiylə işlədirdi

Məşhur və ekssentrik rəssam öz əsərlərinin əhəmiyyətini və dəyərini qeyd etməyi sevərdi. Məsələn, o alıcını aldada bilərdi ki, rəsmi çəkərkən rəngin həll edilməsi üçün eşşəkarısı zəhərindən istifadə etmişdir. Bəli, məhz buna görə əsər 1 mln dollardır. 

O, restoran sahibləri ilə daha hilyəgərcəsinə rəftar edirdi. Çoxlu dost və tanışlarını başına toplayıb, hər kəsi menyudakı sevimli xörək və içkilərə qonaq edərək Dali bütün gecəni restoranda keçirə bilərdi. Hesabı ödəmək anı gələndə isə rəssam ürəyiaçıqlıqla böyük bir məbləğdə çek yazırdı, çekin arxasına isə restoran sahibinə minnətdarlıq əlaməti olaraq bir neçə xoş söz qeyd edirdi. Plan çox sadə idi: canlı əfsanə kimi tanınmasından istifadə edən Dali əmin idi ki, restoran sahibi Dalinin orijinal imzası olan çeki nağdlaşdırmağa əli gəlməz!

Bu adətən elə belə də olurdu: restoran sahibləri başa düşürdülər ki, müəyyən vaxt keçdikdən sonra onlar bu çekdən daha çox pul qazana bilərlər, nəinki indi. Bununla da rəssam külli miqdarda vəsaitə qənaət etmiş olurdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər