14 C
Baku
Saturday, November 23, 2024

Salvador prezidenti hər gün bir bitkoin alacaq

Salvador Prezidenti Nayib Bukele ölkənin noyabrın 18-dən etibarən hər gün bir bitkoin almağa başlayacağını açıqlayıb, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Sabahdan başlayaraq hər gün bir bitkoin alacağıq”, – ölkə lideri deyib.

“Bitcoin Treasuries”in məlumatına görə, hazırda ölkədə 2.38 min BTC var. İndiki məzənnə ilə Salvadorun BTC-dəki vəsaitlərinin ümumi dəyəri 39.5 milyon dollardır.

Xatırladaq ki, oktyabr ayında Cənubi Amerika Universiteti (UCA) sorğu dərc edib, hansı ki Salvador əhalisinin 77.1%-nin bitkoin alışına qarşı çıxdığı qeyd olunub. 2021-ci il 7 sentyabrda Salvador ölkə daxilində bitkoini rəsmi valyuta kimi tanıyıb.

Son xəbərlər
Digər xəbərlər