26 C
Baku
Saturday, July 27, 2024

Salvadorda bitkoin bankomatları aşırı yüklənməyə görə söndürülüb

Bitkoinin rəsmi ödəniş vasitəsi olaraq tanındığı Salvadorda kriptovalyuta bankomatları yükə tab gətirə bilməyib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, bu bankomatlar 8 sentyabr gecəsi işə başlasa da, yüklənmə səbəbindən söndürülüb.

Qeyd edək ki, Salvadorda kriptovalyutanı populyarlaşdırmaq üçün “Chivo” istifadəçilərinə bitkoin şəklində 30 dollar paylamaq da planlaşdırılıb.

İşə başladıqdan beş saat sonra bütün bankomatlar söndürülüb, sonra isə yenidən işə başlayıb. Xidmətin sınağında ölkə prezidenti Nayib Bukele nəzarət edib. Verilən məlumata görə, yenilikdən narazı qalan etirazçılar Salvador küçələrinə çıxıb.

Salvadorun bitkoini rəsmi ödəniş vasitəsi olaraq tanımasından sonra dünyada rəqəmsal valyutanın dəyəri 8500 dollar düşərək avqust ayından bəri ilk dəfə 43 min dollara çatıb.

Salvador – bitkoini rəsmi ödəniş vasitəsi olaraq tanıyan ilk ölkədir. Hökumət bitkoinlərə 21 milyon dollar sərmayə qoyub.

Bitkoindən qabaq Salvadorun yeganə valyutası ABŞ dolları olub. Ölkə vətəndaşlarının əksəriyyəti kağız pullardan istifadə edir. Onların təxminən 70%-nin nə bank hesabı, nə də bank kartı var.

Son xəbərlər
Digər xəbərlər