2 C
Baku
Saturday, December 14, 2024

Salvatore Ferragamo – brend insan

1898-ci ildə Neapol yaxınlığında doğulmuş Salvatore Ferragamo ailənin 14 övladından biri idi. O 11 yaşından etibarən Neapolda çəkməçiliklə məşğul olan bir şəxsin yanında sənəti öyrənməyə başlayır və artıq iki ildən sonra Bonito adlı yerdə öz ayaqqabı emalatxanasını açır.

Ferragamonun böyük qardaşlarının əksəriyyəti ABŞ-a köçmüşdülər və onun da 14 yaşı tamam olduqda onların yolu ilə getməyi qərara alır. 1914-cü ildə o Bostona gəlir. Bir müddət keçdikdən sonra isə qardaşlarından birinin yaşadığı Kaliforniyaya gedir. Çəkməçilik sənətinin ənənəvi metodlarını öyrənən Salvatore Ferragamo tezliklə kinostudiyada dizayner kimi işləməyə başlayır və səhnə ayaqqabıları yaratmağa başlayır. Ferragamo tərəfindən səhnə ayaqqabılarının keyfiyyəti o qədər yüksək olur ki, aktyor və aktrisalar gündəlik istifadə etmək üçün ayaqqabılar da sifariş etməyə başlayırlar. Tezliklə Salvatore bütün dünya kino sənayesində böyük reputasiyaya sahib olur.

13

1923-cü ildə Ferragamo öz emalatxanasını Hollivuda köçürür və burada “Hollywood Boot Shop” mağazasını açır. Ferragamonun müştəriləri sırasında Rudolf Valentino, Duglas Ferbenks, Meri Pikford və Gloriya Svonson kimi məşhur şəxslər var idi və tezliklə onu “Ulduz çəkməçisi” adlandırmağa başlayırlar. 20-ci illərdə Salvatorenin ayaqqabı dizayneri kimi populyarlığı dayanmadan artır və səhnə mühitinin çərçivələrindən kənara çıxır. Bundan əlavə, müasir ayaqqabı növlərinin əksəriyyəti Ferragamonun novatorluğu sayəsində yaradılıb. Lakin bütün bunlara baxmayaraq, ABŞ-da ixtisaslı işçi axtarmaq cəhdlərindən sonra Ferragamo İtaliyaya geri dönməyə qərar verir.

49787

1960-cı ildə məşhur dizaynerin ölümündən sonra həyat yoldaşı Vanda bütün işləri öz üzərinə götürür və şirkətin fəaliyyətini genişləndirir. Bu genişlənmə sayəsində şirkət tək ayaqqabı deyil, eynək, ətir, kəmər, qalstuk, çantalar, saat və SF geyimləri istehsal etməyə başlayır. Hazırda şirkət Ferragamo ailəsinin mülkü hesab edilir.

Salvatore Ferragamo brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Şirkətin baş ofisi Florensiyada yerləşir və çox saylı qadın və kişi geyimləri və aksessuarlarının istehsalı ilə məşğul olur. Bununla yanaşı, ayaqqabı Ferragamo imperiyasının açar məhsulu hesab edilir.

Son xəbərlər
Digər xəbərlər