“Salyan-Avtovağzal” ASC və “Salyan -Sərnişin” ASC ləğv edilir.
Banker.az xəbər verir ki, “Salyan-Avtovağzal” ASC-nin ləğv edilməsi ilə əlaqədar dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2.00 manat olan 31 689 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.
Həmçinin “Salyan-Sərnişin” ASC-nin ləğv edilməsi ilə əlaqədar dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2.00 manat olan 159750 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.