“Salyan Taxıl” ASC 2024-cü ili 141 min manat xalis zərər ilə başa vurub. 2023-cü ildə şirkətin zərəri 111 min manat olub ki, bu da illik müqayisədə zərərin 27% artması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Salyan Taxıl” ASC-nin əsas əməliyyat gəlirləri 9 min manat (əvvəlki ilə nisbətən 5.5 dəfə az), əməliyyat xərcləri 36 127 manat (4% az) təşkil edib.
Hesbat dövründə şirkətin cəmi aktivləri 4 milyon 826 min manatdan 4 milyon 876 min manata çatıb.
Xatırladaq ki, “Salyan Taxıl” ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 241 534 manatdır və qanuni təmsilçisi Mehman Həsənovdur.