18 C
Baku
Thursday, May 23, 2024

Salyanda mağaza yanıb

Salyan rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Ələt-Astara magistral avtomobil yolunun 60-cı kilometrliyində yerləşən, ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli mağazanın yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər