9 C
Baku
Monday, November 18, 2024

Salyanda yataq hərraca çıxarılır – Qiyməti

Banker.az xəbər verir ki, hərraca Salyan rayonu “Babazənən-III” gilcə yatağı çıxarılır.

Hərracın keçiriləcəyi ünvan Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029-dur.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər.

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 27 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Babazənən-III LOT-1 973 600 m3 8 ha Gilcə 5 il 331 983.65

438 6784.89

97 360 9 736
2. Babazənən-III LOT-2 851 900 m3 7 ha Gilcə 5 il 332 458.00

438 6593.00

85 190 8 519
3. Babazənən-III LOT-3 730 200 m3 6 ha Gilcə 5 il 332 635.00

438 6520.00

73 020 7 302
4. Babazənən-III LOT-4 730 200 m3 6 ha Gilcə 5 il 332 816.00

438 6448.00

73 020 7302
5. Babazənən-III LOT-5 1 217 000 m3 10 ha Gilcə 5 il 333 291.00

438 6539.00

121 700 12 170
6. Babazənən-III LOT-6 730 200 m3 6 ha Gilcə 5 il 333 639.00

438 4699.00

73 020 7 302
7. Babazənən-III LOT-7 608 500 m3 5 ha Gilcə 3 il 333 779.00

438 4433.00

60 850 6 085
8. Babazənən-III LOT-8 608 500 m3 5 ha Gilcə 3 il 333 840.00

438 4318.00

60 850 6 085
Son xəbərlər
Digər xəbərlər