15 C
Baku
Saturday, April 20, 2024

Şamaxı İH-nin işçisi koronavirusa yoluxub – Başçı da karantinə alındı

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

Son xəbərlər
Digər xəbərlər