Dövlət Turizm Agentliyi Şamaxının yeni turizm inkişaf konsepsiyasının hazırlanması ilə bağlı işlər görür.
Bunu Agentliyin sədrinin müavini Azadə Hüseynova bildirib.
“Şamaxının turizm potensialı böyükdür. Onun ən böyük üstünlüklərindən biri Bakıya yaxın olmasıdır. Şamaxıda ekoturizmin inkişafı ilə bağlı layihələrin icra edilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı rəsədxanasının yenidən turist qəbul etməsi üçün işlərinin görülməsi ilə bağlı ilkin planlama aparılıb”, – deyə o, qeyd edib.