4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Şamaxıda istehlaka yararsız mallar satan market cəzalandırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şamaxı rayonu, S.Ə Şirvani küçəsində yerləşən vəzifəli şəxs Kərimov Rəhman Firuz oğluna məxsus “Vip” ərzaq mallarının satışı mağazasında yoxlama keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, mağazada bir neçə adda ərzaq məhsulunun istifadə müddətinin bitdiyi, malların saxlanılması qaydalarının və mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Oxşar xəbərlər