15 C
Baku
Saturday, April 20, 2024

Şamaxıda market sahibi cərimələnib

Şamaxının Qaravəlli kəndində fəailiyyət göstərən, Zayıdov Toğrul Malik oğluna məxsus marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkar edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Bildirilir ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, ağzı kip bağlanan, qoxu yaymayan qapaqlı tullantı qablarından istifadə edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib.

AQTA-dan verilən məlumata əsasən, aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər