9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Şamaxıda satıcı mağazadan mənimsədiyi 9 min manatı geri qaytarıb

Şamaxı şəhər sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənilməsini göstərib.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X