9 C
Baku
Sunday, November 17, 2024

Samirə Musayeva: “Dövlət Vergi Xidmətinə işə qəbul olunan hər kəs and içəcək”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) işə qəbul olunmuş hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına and içəcək.

Bunu DVX-nın rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.

O bildirib ki, həmçinin vergi işçisi yazılı təminat imzalayır ki, dövlət və kommersiya sirrini qoruyacaq.

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif olunan dəyişikliyə əsasən, Dövlət Vergi Xidmətində xüsusi rütbə verilməklə daimi xidmətə qəbul olunmuş vəzifəli şəxslər işə başlamazdan əvvəl and içəcəklər.

Vergi andının məzmunu belədir: “Mən, vergi orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Konstitusiyasına əməl edəcəyimə, dövlət, kommersiya və vergi sirrini, həmçinin xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, intizamlı olacağıma, vergi işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm”.

Andi içən vəzifəli şəxs andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər