8 C
Baku
Sunday, November 17, 2024

Samir Məmmədov: “Cəmiyyətin rəqəmsal səviyyəsi arzu olunan səviyyədə deyil”

“Rəqəmsal hökumət yalnız rəqəmsallaşmış cəmiyyətdə xidmət edir. Təəssüf ki, bizim cəmiyyətin rəqəmsal səviyyəsi hələ də arzu olunan səviyyədə deyil. Bu məsələlərin həlli üçün biz bir neçə layihə həyata keçiririk”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Vacib layihələrdən biri rəqəmsal transformasiya üçün lazımi infrastrukturun qurulması istiqamətində işlər aparırıq. Bu da 2024-cü ilin sonuna qədər ölkəmizi 100% yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə edəcək. Hər bir ailə sürətli və müasir telekommunikasiya alətlərinə qoşula biləcək. Bu ilin sonuna qədər 800 mindən artıq təsərrüfatın yerləşdiyi ərazidə fiber-optik internet xidməti ilə təmin oluna biləcək. Hazırda 600 mindən artıqdır.

Paralel olaraq İKT mütəxəssislərinin sayının artırılması məqsədilə təhsil sahəsində də işlər həyata keçiririk. Nazirliyin nəzdində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüd proqramı çərçivəsində 2021-2022-ci tədris ilində 788 nəfərə təqaüd verib və onlardan artıq 200-ü işlə təmin olunub. Gələn il bu təqaüdçülərin sayının 2000-ə çatdırılmasını hədəfləyirik. Bundan başqa 2022-2023-cü tədris ilində tədris olunacaq proqramların sayı 35-ə, ixtisasların sayı isə 50-yə çatdırılacaq. Əlavə olaraq proqramın əhatə dairəsi yalnız Bakı şəhəri deyil, regionlara doğru da genişləndiriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər