-3 C
Baku
Wednesday, February 28, 2024

Samir Şərifov: “Azərbaycanın suveren reytinqi tədricən bərpa olunacaq”

“Suveren reytinqin aşağı salınması təkcə Azərbaycana aid deyil. Beynəlxalq reytinq agentlikləri tərəfindən bir çox neft hasil edən və yaxud əmtəə ixrac edən ölkələrin müəyyən reytinqləri endirilib”.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir reytinqin aşağı salınmasını neftin ucuzlaşması ilə əlaqələndirib: “Təkcə biz deyilik. Bu, təbii bir haldır. Neftin qiymətinin enməsi bu ölkələrin iqtisadiyyatlarına, tədiyyə balansına mənfi təsir göstərir, gəlirlərinin azalmasına səbəb olur. Bu isə reytinqlərin azalmasına səbəb olur. Hesab edirəm ki, vəziyyət sabitləşdikcə, yəni bizim ixracdan daxilolmalarımız artdıqca, o cümlədən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar öz müsbət nəticəsini verdikcə, tədricən əvvəlki reytinq bərpa olunacaq”.

APA

Son xəbərlər
Digər xəbərlər