24 C
Baku
Thursday, April 18, 2024

Samir Şərifov: “Dövlət orqanlarına süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib”

Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır.

“Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər”, – deyə nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər