-3 C
Baku
Wednesday, February 28, 2024

Samir Şərifov: “Qazın qiymətinin qaxlmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

“Qazın qiymətinin artırılmasına SOCAR rəhbəri Rövnəq Abdullayev və onun əməkdaşları aydınlıq gətirməlidir”.

Bunu maliyyə naziri Samir Şərifov 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı deputatların qaldırdığı fikirlərə mövqeyini açıqlayarkən deyib.

O qeyd edib:

“SOCAR hesab edir ki, qaz hasilatının 50 faizini onlar, yerdə qalanını isə pay bölgüsünə uyğun olaraq xarici şirkətlərdən xarici valyuta ilə alırlar. Manatın ucuzlaşması fonunda qazın maya dayəri bahalaşır və şirkətin gəlirləri azalır. Bu gün SOCAR ancaq öz xərclərini güclə ödəyir. Manatın ucuzlaşması fonunda qiymətin artımını labüd edir”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər