10 C
Baku
Saturday, November 23, 2024

Samir Şərifov BVF rəsmisi ilə Azərbaycan iqtisadiyyatı ilə bağlı fikir mübadiləsi aparıb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə Azərbaycan iqtisadiyyatının cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Maliyyə Nazirliyindən bildirilib ki, Samir Şərifov və nazirliyin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdədir.

S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısının Plenar iclasında iştirak edib. BVF və Dünya Bankı Qrupuna üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin də iştirak etdiyi plenar iclasda çıxış edən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti David Malpass dünya iqtisadiyyatının cari vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadiyyat qarşısında yaratdığı çağırışlar, o cümlədən yüksək inflyasiya təzyiqləri və ərzaq təhlükəsizliyi, qlobal iqtisadi inkişafın zəifləməsi və bir çox ölkələrdə borc dayanıqlığının pozulması risklərinə toxunaraq bu problemlərlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər