18 C
Baku
Sunday, April 28, 2024

Samir Şərifov: “Dövlət borcunun idarə olunması ilə bağlı strategiya hazırlanır”

“Azərbaycanda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür”. Bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, hökumət tərəfindən yeni fiskal qaydaların hazırlanması istiqamətində də işlər davam etdirilir.

Bundan başqa, maliyyə naziri əlavə edib ki, dövlət borcunun idarə olunması ilə bağlı strategiya hazırlanır. “Bu sənədlər ölkədə iqtisadi sabitliyin qorunması, xarici şokların qarşısının alınması və neytrallaşdırılmasına xidmət edəcək”, – deyə o vurğulayıb.

“Neftdən asılılığın aradan qaıdırlması üçün mühüm işlər görülür”

“Ötən il ağır olmasına baxmayaraq dövlət büdcəsi ilə mühüm sosial vəzifələrin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Bu həm dövlət, həm də özəl subyektlərə aiddir. Dividendlərlə bağlı proqnoz göstəricinin icra olunmaması maliyyə sektorundakı itkilərlə bağlı olub. Dividendllər maliyyə sektorunda fəaliyyət göstərən maliyyə qurumları tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Devalvasiya nəticəsində itkilər vardı, bununla bağlı dividendlərin ödənilməsində azalma olub”.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər