14 C
Baku
Saturday, November 16, 2024

Samir Şərifov “G-20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

Maliyyə naziri Samir Şərifov Ankarada “G-20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir.

04 sentyabr 2015-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində “Böyük İyirmiliyin” (G-20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin növbəti iclası öz işinə başlamışdır. İki gün davam edəcək toplantıda Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da iştirak edir.

“G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin “G-20” qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən “G-20” nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.

Son xəbərlər
Digər xəbərlər