Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan gürcüstanlı həmkarı Mamuka Baxtadze ilə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Görüşdə hər iki ölkənin nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.