“Ölkənin müdafiə potensilanının gücləndirilməsi qarşıda duran ən ümdə məsələdir”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bununla bağlı dövlət büdcəsindən 4,6 milyard manata yaxın vəsait ayrılıb.