9 C
Baku
Wednesday, November 13, 2024

Samir Şərifov parlamentdə hesabat verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2014-cü ilin dövlət büdcəsinin icrası müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 milyon manat kəsirlə icra olunub: “2015-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 milyard manat təşkil edib. 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 milyard manat, təhsil xərcləri 1,554 milyard manat təşkil edib”.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və maliyyə naziri Samir Şərifov büdcənin icra vəziyyəti barədə hesabat çıxışı ediblər.

Publika.az

Son xəbərlər
Digər xəbərlər