-1 C
Baku
Sunday, December 15, 2024

Samir Şərifov: “QDTİB indiyədək Azərbaycana 510 mln. avro kredit ayırıb”

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətini başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 mln. avro məbləğində kredit vəsaitləri ayırıb.

Bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bununla yanaşı bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.

“2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirildi və cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bununla da QTDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu”,- deyə nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər