17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Samsung” əczaçılığa və çip inkişafına $206 mlrd. sərmayə qoyur

Screen Shot 2021 09 02 at 14.34.20

Koreyanın “Samsung” şirkəti önümüzdəki üç il ərzində əczaçılıq və yarımkeçiricilərin inkişafına 240 trilyon von (təxminən 205 milyard dollar sərmayə qoyacaq.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Sinxua” agentliyi məlumat yayıb.

Texnologiya nəhənginin verdiyi açıqlamada, “Samsung Electonics” və “Samsung Biologics” kimi törəmə şirkətlərin daha da böyüməsi üçün strateji sahələrə sərmayə qoyulacağı deyilir. Xüsusilə, peyvənd istehsalını gücləndirmək üçün “Samsung”un əczaçılıq bölmələrinə maliyyə ayrılacaq.

Yeni investisiya planı 2023-cü ilə qədər nəzərdə tutulur və həcm baxımından əvvəlki üç illik planı əhəmiyyətli dərəcədə üstələyir: 2018-ci ildən 2020-ci ilə qədər şirkət strateji əhəmiyyətli fəaliyyət sahələrinə təxminən 154 milyard dollar sərmayə qoyub.

“Samsung” planlaşdırılan investisiyaların qarşıdakı üç il ərzində təxminən 40 min yeni iş yerinin yaradılmasına kömək edəcəyini qeyd edib.

Xatırladaq ki, iyul ayında Koreya Respublikasının prezidenti ölkənin ən böyük texnologiya şirkətlərinin nümayəndələri ilə görüşdə yarımkeçiricilərin və peyvəndlərin istehsalının Koreya iqtisadiyyatının inkişafı üçün strateji əhəmiyyətli sahələr olduğunu vurğulayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər