11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Samsung” ən bahalı smartfonunu təqdim edib – Qiymət $3 000

13 oktyabrda Çində “Samsung W22 5G” smartfonu – qlobal “Galaxy Z Fold 3” modelinin daha bahalı analoqu təqdim edilib.

Banker.az xəbər verir ki, şirkət yeni cihazın qlobal modellər arasındakı vizual fərqləri adlandırıb.

“W22 5G” smartfonu keçənilki “W21” smartfonundan bir sıra əlamətlərə görə fərqlənir: indi modelin yalnız müəyyən hissələri qızılı rəngə boyanıb. Eyni zamanda “W22 5G”in çərçivəsi gümüşüdür, cihazın üzərində şirkətin loqosu görünür.

Verilən məlumata görə, öncədən sifariş 14 oktyabrdan sonra mümkün olacaq. Gözlənilir ki, cihazın qiyməti təxminən 3 min dollar təşkil edəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X